Tramp Fələstin liderini Vaşinqtona dəvət etdi
Bizi izləyin

Dünya

Tramp Fələstin liderini Vaşinqtona dəvət etdi

Aralarında telefon söhbəti olub.

ABŞ prezidenti Donald Tramp cümə günü Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbas ilə ilk telefon söhbəti zamanı onu yaxın vaxtlarda Vaşinqtona dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Fələstin liderinin nümayəndəsi Qabil Əbu Rudeynə istinadən "Reuters" məlumat yayıb.

Tramp bunadək Yaxın Şərq probleminin həllində maraqlı olduğunu söyləyib. O, Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlarda münaqişənin BMT qətnamələrində nəzərdə tutulduğu kimi iki – yəhudi və ərəb dövlətinin yaradılması deyil, yalnız bir dövlətin təşəkkül tapması yolu ilə də həll oluna biləcəyini mümkün hesab edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm