“Enavo” bəlası: 38 nəfəri öldürdü, 116 min insanı didərgin saldı
Bizi izləyin

Dünya

“Enavo” bəlası: 38 nəfəri öldürdü, 116 min insanı didərgin saldı

Hökumət 53 minə yaxın insan üçün müvəqqəti sığınacaq yerləri təşkil edib.

Madaqaskarda “Enavo” qasırğasının qurbanlarının sayı 38 nəfərə çatıb, 180 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 116 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət 53 minə yaxın insan üçün müvəqqəti sığınacaq yerləri təşkil edib.

“Enavo” qasırğası Madaqaskarın şimal-şərq sahillərində fəsadlar törədib. Qeyd edək ki, təbii fəlakət zamanı küləyin surəti saatda 300 km-ə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm