AĞLASIĞMAZ CINAYƏT: Keçmiş arvadını qucağında körpəsiylə birlikdə güllələdi - - FOTOLAR
Bizi izləyin

Dünya

AĞLASIĞMAZ CINAYƏT: Keçmiş arvadını qucağında körpəsiylə birlikdə güllələdi - - FOTOLAR

3 yaşlı Mina aldığı güllə yarasından ölüb.

Qaziantepdə qandonduran cinayət hadisəsi baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi xidməti yenicə başa vuran İrfan Çətin 5 il əvvəl boşandığı 23 yaşlı Elif Yureyi evinin önündə güllələyib. Qucağında 3 yaşlı qızı Mina olmasına baxmayaraq, gözü dönən Çətin ard-arda bir neçə dəfə atəş açıb. Nəticədə 3 yaşlı Mina aldığı güllə yarasından ölüb. Elif və hadisə zamanı həmin ərazidə olan 5 yaşlı başqa bir uşaq yaralanıb.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. İrfanın axtarışları davam edir.

Pərviz

\

Oxumağa davam et
Reklam
Reklam

Gündəm