Ayı zooparkdan qaçdı və...
Bizi izləyin

Dünya

Ayı zooparkdan qaçdı və...

Ayı elektrik gərginliyi altında olan hasarı aşaraq, azadlığa çıxıb.

Almaniyanın Osnabrük şəhərinin zooparkında qəfəsdən qaçan ayını güllələyiblər.

Trend-in məlumatına görə, ayı elektrik gərginliyi altında olan hasarı aşaraq, azadlığa çıxıb.

Fövqəladə vəziyyət yerli vaxtla saat 14:15-də baş verib. Həmin vaxt zooparkda çox adam olub. Zooparkın əməkdaşları meymunlar üçün qapalı pavilyonda ziyarətçiləri toplayıb və ayını axtarmağa başlayıblar. Qaçdıqdan az sonra onu güllələyiblər.

Qeyd edək ki, ölən heyvan - ağ və qonur ayının hibridi Taps adlı ayı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm