"Qadağa barədə qərar səhv addımdır"
Bizi izləyin

Dünya

"Qadağa barədə qərar səhv addımdır"

"Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə qadağa qoyulmasını anlaya bilmirəm".

"Niderland tərəfindən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə qadağa qoyulmasını anlaya bilmirəm".

Publika.az Trend-ə istinadən bildirir ki, bunu Niderlandın sabiq XİN rəhbəri Ben Bot deyib.

"Niderland hökümətinin türkiyəli nazirin təyyarisinin enişinə qadağa qoymasını anlamaq olmaz. Hesab edirəm ki, bu cür yanaşma Niderlandda keçiriləcək seçkilərlə bağlıdır", - Bot deyib.

Onun sözlərinə görə, bu yanlış addım Niderlandın həmişə müdafiə etdiyi demokratiya dəyərlərini və insan hüquqlarını pozur. O, qeyd edib ki, Lüksemburqun qərarı Türkiyə və Niderland arasında iqtisadi münasibətlərin pisləşməsinə səbəb ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm