Dünya
Hollandiyanın Türkiyəyə qarşı hücumunun SİRRİ
“Hollandiyada Türkiyə əleyhinə başlanan proses bu ölkədə martın 15-də keçiriləcək parlament seçkiləri ilə birbaşa əlaqəlidir”.
Bu barədə Publika.az-a açıqlamasında KAFKASSAM-ın əməkdaşı, türkiyəli politoloq Ömür Çelikdönmez Hollandiya-Türkiyə böhranını şərh edərkən deyib.
Onun sözlərinə görə, Hollandiya 2012-ci ildən bəri liberal olan baş nazir Mark Ruttenin VVD partiyası ilə sosial-demokrat PvdA partiyasının birgə qurduğu koalisiya hökumət tərəfindən idarə edilir: “Hazırda Geerd Vilderin millətçi Azadlıq Partiyası - PVV sürətlə yüksəlir və onun yüksəlişi fonunda gərgin seçki atmosferi var. Fransada “Milli Cəbhə”, Almaniyada “Almaniya üçün Alternativ” (AfD), Avstriyada Azadlıq Partiyasından sonra Hollandiyada da sağçı Azadlıq Partiyasının nüfuzu sürətlə böyüyür. Martın əvvəllərində keçirilən rəy sorğularına görə, Mark Ruttenin başında olduğu koalisiya hökuməti seçkilərdə 15 faiz itirəcək. Geerd Vildersin Azadlıq Partiyası miqrantların və müsəlmanların ölkəyə girişinə qarşıdır. Hətta seçkidə qazanacağı təqdirdə ölkədəki məscidləri və İslam məktəblərini bağlayacağını deyir. Baş nazir Mark Rutte məhz öz partiyasının səs itirməsinin qarşısının almaq üçün sağçıların nöqteyi-nəzərindən siyasət yürüdür. Türkiyəyə və türklərə qarşı atılan addımların səbəbi də budur”.
Ö.Çelikdönmez hesab edir ki, Hollandiyanın baş naziri Mark Rutte irqçi və millətçi olan Azadlıq Partiyasının səslərinə göz dikib.
“Yəni bu partiyanın tərəfdarlarından səs almaq, hətta onlarla birlikdə koalisiya qurmaq niyyətindədir. Bu baxımdan, böhranın uzunmüddətli olmayacağını, seçkidən sonra həll ediləcəyini hesab edirəm”, - deyə o bildirib.
Asif
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."