Niderlanddan RƏSMİ AÇIQLAMA: “Üzr istəməyəcəyik”
Bizi izləyin

Dünya

Niderlanddan RƏSMİ AÇIQLAMA: “Üzr istəməyəcəyik”

"Mən gərginliyin azalmasına çalışıram, amma..."

Niderlandın baş naziri Mark Rutte Türkiyədən üzr istəməyəcəklərini bildirib.

Publika.az xəbər verir ki, nazir bunu yerli telekanallardan birində çıxışı zamanı deyib: "Mən gərginliyin azalmasına çalışıram, amma üzr istəmək fikrində deyiləm". O, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Niderlandı nasizmin və faşizmin qalığı adlandırmasını xatırladıb. Ərdoğanın sərhədləri aşdığını bildirən Rutte onu sözlərini "dəlilik" adlandırıb.

Niderland XİN rəhbəri Berta Kunders də bu mövqeyi dəstəkləyib: “Biz üzr istəməyəcəyik”.

Ankarayla Amsterdam arasında diplomatik qalmaqal ötən gecə Niderland hakimiyyətinin iki türk naziri ölkəsinə buraxmaqdan imtina etməsindən sonra alovlandı. Əvvəlcə Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlunun təyyarəsinin Rotterdama enməsi əngəlləndi. Daha sonra Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı səfirliyinə girişinə icazə verilmədi və o, ölkədə “arzuolunmaz şəxs” elan edildi. Həmin gecə səfirliyin qarşısında qürbətçi türklərin təşkil etdiyi etiraz aksiyası isə polis zorakılığıyla dağıdıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm