Acı reallıq: Rusiya pasportu onlar üçün bir qurtuluşdur
Bizi izləyin

Dünya

Acı reallıq: Rusiya pasportu onlar üçün bir qurtuluşdur

Acı reallıq: Rusiya pasportu onlar üçün bir qurtuluşdur

Moskva Rusiya Federasiyası vətəndaşlığının alınması şərtlərini sadələşdirir.

Məsələ ondadır ki, Rusiya artıq bir neçə ildir ki, demoqrafik statistikası böhranından əziyyət çəkir. Ölkənin böyük ərazisində insan yaşamır. Uzaq Şərq və Sibir isə ümumiyyətlə Çin ekspansiyasının təhdidı altındadır. Üstəlik, cəmiyyətin faciəli psixoloji vəziyyəti, aşağı doğum sayı və yüksək ölüm faizi. Müxtəlif qiymətləndirmələrə görə, Rusiyanın demoqrafik probleminin həlli üçün ildə 300 min miqrant lazımdır. Bəs, bu miqrantları harada tapmaq lazımdır?

Rusiya Amerika və yaxd Avropa deyil ki, uzaq ölkələrin vətəndaşları, eləcə də yüksək ixtisaslı mütəxəssislər üçün cəzbedici olsun. Postsovet respublikaları Rusiya üçün böyük ümiddir. Budur, Ukrayna hadisələri Rusiyaya postsovet respublikalarından şəxsi problemlərin istifadəsi üçün çox gözəl səbəb oldu. Vətəndaşlığın verilməsində sadələşdirilmiş şərtlərdən istifadə etməklə Rusiya yaranmış vəziyyətdən istifadə etməyə çalışır.

Moskva demoqrafik problemləri həll etmək üçün ilk növbədə Sibir və Uzaq Şərqi məskunlaşdırmağa çalışacaq. Bu torpaqlardakı Çin ekspansiyası hazırda Moskva qarşısında duran ən ciddi problemlərdən biridir. Sibir və Uzaq Şərqin məskunlaşdırılmasında da problemlər mövcuddur. Ölkənin Avropa hissəsində yaşayan əhali Sibir və Uzaq Şərqə köçməyə o qədər də həvəsli deyil. Çarə isə indiki halda yeganə ümid yeri Rusiyanın iş bazarı olan postsovet ölkələrin miqrantlarıdır. Bu sıraya ilk olaraq yerləşdirilən ölkələrdən biri isə Ermənistandır.

Həmin Ermənistan ki, Rusiya ona bu vaxta qədər bir hərbi başa kimi yanaşır. Rusiya vətəndaşlığının alınması şərtlərinin sadələşdirilməsi isə Rusiyada yeni miqrant qanunun qəbulundan sonra olduqca çətin vəziyyətə düşən Ermənistan əhalisi üçün göydəndüşmə fürsət olub.

Erməni qəzeti “Jamanak” yazır ki, Rusiya üçün Ermənistan vətəndaşlarını tovlamaq və ya onları Rusiya Federasiyası vətəndaşlığını almağa inandırmaq üçün heç nə lazım deyil. Qəzet hesab edir ki, sadəcə şərtləri sadələşdirmək kifayət edir. “Ermənistan vətəndaşları Rusiya pasportunu sadəcə qurtuluş olaraq qəbul edirlər. Rusiya Federasiyasının pasportlarını almaq bu ölkədə yaşayan on minlərlə Ermənistan vətəndaşının arzusudur. Onlar öz ailələri ilə bürokratik problemlərdən azad olaraq Rusiyada sakit şəkildə daimi yaşaya bilərlər”, - “Jamanak” bildirir.

Erməni nəşri bu vəziyyəti Ermənistanın müstəqilliyi yolunda ən əhəmiyyətli maneələrdən biri adlandırır: “Bu təhlükəsizlik problemindən heç də az əhəmiyyətli deyil. Ermənistanın əhalisi Rusiyaya qaçır. Əhalinin yarısı öz çörəyini Rusiyada qazanırsa, bu artıq Ermənistanın müstəqilliyi yolunda böyük səddir. Bu, Ermənistanın müstəqilliyinə birinci zərbədir. Ancaq, Ermənistan rəhbərliyi bu insanları saxlamaq, onların yaşayış şəraitini yünglləşdirmək. onların qiymətini yüksəltmək üçün nə isə etməyə hazırlaşmır. Ermənistan vətəndaşı öz ölkəsində alçaldılıb, hüquqları pozulub. Ermənistan hakimiyyəti və müxalifət gücləri öz vətəndaşlarının sevgisi üçün mübarizə aparmırlar. Onlar Rusiya və Kremlin simpatiyasını qazanmaq üçün mübarizə aparrırlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm