Adi faşizm: “Məxfiləşdirilmiş Stalin”də əksini tapan ŞOK GERÇƏKLƏR
Bizi izləyin

Dünya

Adi faşizm: “Məxfiləşdirilmiş Stalin”də əksini tapan ŞOK GERÇƏKLƏR

“1941-ci ildə Avropa dövlətlərinin əksəriyyəti faşist idilər".

“1941-ci ildə Avropa dövlətlərinin əksəriyyəti faşist idilər. İspaniya, İtaliya, Macarıstan, Rumıniya, Slovakiya, Sloveniya və bəzi başqa dövlətlərdə faşist rejimi hakimiyyətdə idi. Hər biri kimdənsə ərazi qopartmağa və əhalinin hansısa hissəsindən qurtulmağa çalışırdı”.

Publika.az xəbər verir ki, bunu nasist Almaniyaya Avropada verilən dəstəkdən yazan politoloq Vilen Lyuleçnik bildirib.

Onun sözlərinə görə, Avropadakı faşist rejimlərinin siyahısına əvvəllər Niderland və Belçikanı əlavə etməyib. Bu ölkələr özlərini nasist təcavüzünün qurbanı hesab edirlər. Amma Belçika alimi Lyudo Martensin kitabı və “Məxfiləşdirilmiş Stalin” adlandırılan sənədlərlə tanışlıqdan sonra politoloqun fikirləri dəyişib.

“Nəticəyə gəlirsən ki, bu heç də belə deyil. Hollandiyanın alman işğalının reallıqları Avstriyanın işğalı ilə daha çox analogiyaya malik idi, nəinki Fransa, Polşa və ya SSRİ-nin bir hissəsinin işğalı ilə. Vəziyyəti təhlil etsək, nasist dövlətlərinin siyahısına Niderlandı da salmaq olar. Niderland İkinci Dünya Müharibəsində Üçüncü reyxə böyük yardım göstərib. Bu haqda Martensin kitabında və “Məxfiləşdirilmiş Stalin” adlı sənədlərdə deyilir”.

Politoloq qeyd edir ki, alman ordusu 1940-cı il mayın 10-da Niderland sərhədini keçəndə dərhal kral hökumətinə qarşı holland nasistlərinin üsyanı başlandı:

“Amsterdamda holland nasistləri hava təhlükəsi siqnalı sistemini neytrallaşdırdılar və su təminini kəsdilər. Keçmiş alman kayzeri II Vilhelm Hitlerə teleqram göndərərək onu Niderlandın fəthi ilə əlaqədar təbrik etdi. Alman nasistləri Niderlandı soyğun üçün işğal etmədilər. Niderlanda müdaxilə nasional-sosializm ideologiyası üçün böyük əhəmiyyətə malik idi. Daha sonra onun Niderlanda olan xüsusi münasibətinin səbəbləri açılır. Nasist doktrinasına əsasən, bütün alman xalqları III Reyx ətrafında birləşdirilməli idilər. Almanlar isə hollandiyalılarla qohumluqlarını hiss edirdilər. Bu ölkədə yaşamış xeyli insan özünü “alman-hollandiyalı” adlandırırdı və Niderland sərhədini keçən birliklərin əksəriyyəti holland dilində danışan əsgərlər idilər. Bundan başqa, Niderlandda müdaxilə ərəfəsində 52 min alman yaşayırdı. Onların çox hissəsi nasist partiyasına üzv idi. Almaniyanın keçmiş kayzeri II Vilhelmin oğlu nasizmin böyük pərəstişkarı idi”.

Qeyd edilir ki, “Böyük Almaniya” Ukraynada üç milyon holland fermeri məskunlaşdırmağı planlaşdırırdı. İki nümunəvi güclü holland təsərrüfatı Rovno və Vilnüsdə yaradılmışdı. 800 hollandiyalı artıq bu ərazilərə köçürülmüşdü. Holland sahibkarlar almanlar tərəfindən işğal edilmiş Baltikyanı ölkələrə böyük miqdarda sərmayə qoymağa vaxt tapdılar.

Alman müdaxiləsindən doğma Niderlandın müdafiəsi vaxtı 2800 nəfərdən də az insan həlak olmuşdusa, yalnız Şərq cəbhəsində - Rusiyada təxminən 5000 holland əsir götürülmüşdü.

“Beləliklə, bu faktı təsdiq etmək olar: Müharibə illərində Niderland Almaniyanın əsl müttəfiqi idi”, - politoloq bildirib.

Beləliklə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Niderlanda yönəlik sözlərinin də tam yerinə oturduğunu demək olar. Türkiyə prezidenti Niderlandı nasizm və faşizm qalığı adlandıraraq, ölkənin keçmişinin silinməsinin mümkün olmadığına ehyam vurub.

Qeyd edək ki, son bir neçə gün ərzində Türkiyə ilə Niderland arasında diplomatik qalmaqal yaranıb. Buna səbəb Niderlandın Türkiyənin iki nazirini ölkəyə buraxmaması olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm