Avropa tolerantlığı dəfn edir: Casusla başlanan BÖHRAN
Bizi izləyin

Dünya

Avropa tolerantlığı dəfn edir: Casusla başlanan BÖHRAN

“Avropa tolerantlıqdan ayrılır. Ərdoğan bunu birinci hiss etdi”

“Türkiyə konstitusiya islahatı üzrə keçiriləcək referendum üçün Almaniyada 3,5 milyon səs almağa çalışdı. Almaniya, Avstriya və Niderland hakimiyyətləri isə türk rəsmilərinə öz ərazilərində siyasi təbliğat aparmağı qadağan etdilər”.

Publika.az xəbər verir ki, bunu son günlər Türkiyə ilə bəzi Avropa ölkələri arasında yaranan böhranı şərh edən Qazaxıstanın 365info.kz saytı yazıb.

Qeyd edilir ki, Almaniya ərazisində türk rəsmilərin təbliğat kampaniyasında iştirakı ilə vəziyyət 2017-ci il fevralın 27-dən sonra dərhal dəyişdi. Həmin tarixdə İstanbulda türk mənşəli alman jurnalisti Dəniz Yucel həbs edildi. “Die Welt” qəzetinin müxbiri terror təşkilatında iştirakda, məlumatların qanunsuz istifadəsində və terrorizmin təbliğatında şübhəli bilinir.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan çıxışların birində Dəniz Yucelin Almaniyanın casusu olduğunu söylədi. Almaniya və Türkiyənin ikili vətəndaşlığına malik olan jurnalistin energetika naziri Berat Albayrakın şəxsi yazışmasından istifadə etdiyi deyilir.

Öz növbəsində Almaniya kansleri Angela Merkel Yuceli azad etməyi və KİV-in azadlığına riayət etməyi istədi. Ancaq vəziyyət dəyişmədi.

“Bundan sonra yerli hakimiyyət səviyyəsində Almaniyada türk diasporunun Türkiyə hökumətinin vəzifəli şəxsləri ilə görüşlərinin keçirilməsinə maneələr yaratmağa başladılar. Almaniyanı hərəkətlərini qonşu Avstriya və Niderland izlədi. Avstriyanın kansleri Kristian Kern Avropa İttifaqının bütün ölkələrini türk siyasətçilərinin təbliğat kampaniyaları aparmasını qadağan etməyə çağırdı. Nəticədə, uyğunlaşdırılmamış, amma çoxsaylı türk diasporunun yaşadığı Avstriya, Almaniya və Niderlandın yekdil rəsmi qərarı Türkiyə üçün kontrast duş oldu”, - sayt yazıb.

Bildirilir ki, Avropada Türkiyə ilə bağlı qəbul edilən qərarlar tolerantlıqdan daxili siyasət məsələlərində və milli maraqların müdafiəsində daha sərt xəttə keçid prosesinin başlandığını göstərir.

“Avropa tolerantlıqdan ayrılır. Ərdoğan bunu birinci hiss etdi”, - yazıda bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm