​​​​​​​Hollandlara faşizm uşaqlıqdan öyrədilir - SÜBUT - - FOTO
Bizi izləyin

Dünya

​​​​​​​Hollandlara faşizm uşaqlıqdan öyrədilir - SÜBUT - - FOTO

Hollandiyada “Hitler mənim dostumdur” adlı uşaq kitabı (!) nəşr olunub.

Hollandiyada “Hitler mənim dostumdur” adlı uşaq kitabı (!) nəşr olunub. Uşaqlar üçün nəzərdə tutulmuş bu kitabda Adolf Hitlerin uşaqlıq və gənclik dövrü təsvir olunur. Görünür, bu kitab yeni nəsil üçün bir örnək olaraq tərənnüm edilir...

Sözügedən kitab Hollandiyanın bir çox kitab mağazalarında artıq satışa çıxarılıb. Kitabı istənilən oxucu sərbəst əldə edə bilər. Kitabı 12-15 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş kitab şöbələrində görmək mümkündür.

Kitabın müəllifi Pit de Loof ötən əsrin ən mühüm siyasi liderlərindən olan Hitlerin bir az cansıxıcı uşaqlıq illərini mümkün qədər dostsayağı baxışlarla təqdim edir.

Bu bədii əsərdə yeniyetmə Adolf Hitlerin obrazı gələcək reyxskanslerin gənclik illərində dostu olmuş Avqust Kubiçekin xatirələri əsasında yaradılıb.

Hazırda bu kitab dünya mətbuatında və sosial şəbəkələrdə fəal surətdə müzakirə olunur. Təəccüblü deyil ki, bu fakt yəhudiləri karıxdırıb. Onlar hesab edirlər ki, yeniyetmələr Hitleri kitabda təqdim olunduğu kimi tanımamalıdırlar. Kitabda III Reyxin gələcək rəhbəri ətrafına zərər verməyən ağıllı uşaq kimi təsvir edilib.

Əksər yəhudilər hesab edirlər ki, Avropa artıq öz tolerantlığı ilə hər kəsi “təəccübləndirməyə” davam edir və Qərbdə azadlıq ardınca gedənlər millətçi-sosializmin dirçəldiyinin fərqində deyillər.

Şəfiqə Şəfa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm