Niderlandın baş nazirinin əsl məqsədi ortaya çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Niderlandın baş nazirinin əsl məqsədi ortaya çıxdı - VİDEO

"Rutte diqqətsiz şəkildə edilən hücumu ilə Vildersin seçki kampaniyasına dəstək vermiş oldu".

Türkiyə və Niderland arasındakı gərginliyi şərh edən “The Times” qəzeti Niderlandın mühafizəkar baş naziri Mark Ruttenin əsl məqsədini yazıb.

Publika.az xəbər verir ki, nəşrin yazdığına görə, baş nazirin əsl məqsədi sağçı Azadlıq Partiyasının lideri Gert Vildersə olan dəstəyi dağıtmaqdır.

“Mühafizəkar baş nazir Mark Rutte parlament seçkilərinə bir neçə gün qalmış sağçı Gert Vildersə olan dəstəyi dağıtmaq istəyir. İki siyasətçinin partiyaları seçki kampaniyasında baş-baş mübarizə aparırlar. Amma Niderlanddakı seçkilərdə sağçıların yüksəlişinə bu cür manevrlərlə maneə olmaq mümkün deyil. Türklərə qarşı sərt davrana biləcəyini göstərmək istəyən Rutte diqqətsiz şəkildə edilən hücumu ilə Vildersin seçki kampaniyasına dəstək vermiş oldu”, - nəşr yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm