• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

“Ərdoğan daha da güclənəcək” - BUMERANQ

  • Dünya
  • 13 Mart 2017 13:57
  • 347 Baxış
“Ərdoğan daha da güclənəcək” - BUMERANQ

“Türkiyə və Hollandiya arasındakı böhran daha çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqelərini gücləndirəcək”.

Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə Ankara İqtisad və Texnologiya Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib.

“Avropalılar Türkiyə və Rusiyanı düşmən etməyə çalışırlar. Bu, Avropa siyasətinin radikallaşmasına gətirib çıxaracaq. Avropa Türkiyə ilə bağlı həmişə subyektivdir. Əgər Avropa siyasətçiləri bu hərəkətləri ilə Ərdoğan və onun partiyasının mövqeyini zəiflədəcəyini düşünürlərsə, yanlış hesab aparıblar. Hər şey əksinə olacaq, Avropa siyasətçilərinin hərəkətləri Türkiyə lideri, onun partiyası və elektoratı bir birinə daha sıx birləşdirəcək. Hətta müxalifət bu münaqişədə hakim partiyanı dəstəklədi”, - deyə o bildirib.

Ekspert Türkiyə və Hollandiya arasındakı böhranın ciddi nəticələrinin olacağını gözləmir:

“Hollandiya elə ölkə deyil ki, münasibətlərdəki böhrandan Türkiyə zərər çəksin. Müəyyən diplomatik demarşlar olacaq. Amma artıq görünür ki, Hollandiya barışmaq və yaranmış vəziyyətdən çıxış yolu tapmaq istəyir”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>