Krallığın baş naziri qatarda məxfi sənədləri itirdi
Bizi izləyin

Dünya

Krallığın baş naziri qatarda məxfi sənədləri itirdi

Sənədləri sərnişinlərdən biri aşkar edib.

Böyük Britaniyanın baş naziri Tereza Meyin planları haqqında məxfi sənədlər krallığın qatarlarından birində qalıb.

Publika.az xəbər verir ki, bu haqda “Mirror” qəzeti yazıb.

Nəşrin əlinə keçən sənədlərdə Meyin planları haqqında təfərrüatlar yer alıb. Orada 2017-ci il yanvar 23-nə planlaşdırılmış tədbirlər haqqında ətraflı məlumatlar, həmçinin baş nazirin getməli olduğu konkret ünvanların siyahısı var. Bundan başqa, sənədlərdə NATO-nun baş katibi Yens Stoltenberqlə planlaşdırılmış telefon söhbəti göstərilib.

“Mirror” qeyd edir ki, məxfi yazılar Meyin yanvarın 23-də Mançesterdə Nazirlər Kabinetinin birinci regional iclasına getmək üçün mindiyi qatarda qalıb. Sənədləri sərnişinlərdən biri aşkar edib.

Hökumətin adını açıqlamayan nümayəndəsi bildirib ki, hadisə ilə bağlı araşdırma aparılacaq. Sənədlərin itkisinə görə kiminsə məsuliyyətə cəlb edilib-edilmədiyi barədə məlumat yoxdur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm