Avropa İttifaqından Rusiyaya ZƏRBƏ
Bizi izləyin

Dünya

Avropa İttifaqından Rusiyaya ZƏRBƏ

“Qara siyahı” təkrar gözdən keçirilib.

Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaların müddətinin daha 6 ay – 2017-ci il sentyabrın 15-nə kimi uzadıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının saytında bildirilir.

Sanksiyalara məruz qalan şəxslərin maliyyə aktivləri dondurulur və Avropa İtttifaqına üzv ölkələrə girişi qadağan edilir. Qeyd edilir ki, sözügedən şəxslər Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini pozmaqda ittiham olunur.

“Qara siyahı” təkrar gözdən keçirilib. Ölümü ilə əlaqədar iki nəfər siyahıdan çıxarılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm