İrandan ŞOK ÇAĞIRIŞ: “Türkiyəyə getməyin!”
Bizi izləyin

Dünya

İrandan ŞOK ÇAĞIRIŞ: “Türkiyəyə getməyin!”

“Xalqımızın təhlükəsizliyini qorumaq üçün xəbərdarlıq etmək məcburiyyətindəyik”.

Ankara-Amsterdam qarşıdurmasının davam etdiyi bir vaxtda İrandan Türkiyəyə qarşı ittihamlar səslənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani Türkiyədən bəyanatlarında diqqətli olmasını gözlədiklərini deyib.

Ankaradan son zamanlar İranla bağlı verilən bəyanatların qonşuluq münasibətlərinə yaraşmadığını qeyd edən parlament sədri ölkə vətəndaşlarına “Türkiyəyə getməyin!” çağırışı edib. O, İranın soyuqqanlı davrandığını söyləyib.

“Xalqımızın təhlükəsizliyini qorumaq üçün xəbərdarlıq etmək məcburiyyətindəyik”, - o bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm