Türkiyədə 83 miqrant saxlanıldı
Bizi izləyin

Dünya

Türkiyədə 83 miqrant saxlanıldı

Onların əksəriyyətinin Suriya vətəndaşları olduğu bildirilir.

Türkiyə Sahil Mühafizəsi Çeşmədə dəniz yolu ilə İtaliyaya keçməyə cəhd edən 83 qeyri-qanuni miqrantı saxlayıb.

Publika.az xəbər verir ki, onların əksəriyyətinin Suriya vətəndaşları olduğu bildirilir.

İlkin məlumata görə, miqrantların hər biri qanunsuz daşıyıcılara 5,5 ABŞ dolları ödəyib. Gəminin göyərtəsində həyata keçirilən əməliyyat zamanı miqrantların qanunsuz daşınmasında şübhəli bilinən 4 ekipaj üzvü saxlanılıb. Onlardan 3-nün ukraynalı olduğu qeyd olunur. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm