İcmalar palatası “Brexit” üzrə dəyişiklikləri rədd etdi
Bizi izləyin

Dünya

İcmalar palatası “Brexit” üzrə dəyişiklikləri rədd etdi

Qanun layihəsi yenidən Lordlar palatasına göndərilib.

Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının “Brexit” üzrə qanun layihəsinə dəyişikliklərini rədd edib.

APA-nın verdiyi xəbərə görə, beləliklə qanun layihəsi yenidən Lordlar palatasına göndərilib.

“Pinq-ponq” adını qazanmış sənəd bütün şərtlər razılaşdırılmayanadək bir palatadan digərinə göndəriləcək.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm