Helikopter qəzaya uğradı: ölənlər var
Bizi izləyin

Dünya

Helikopter qəzaya uğradı: ölənlər var

Helikopter dağlarda itmiş qadının xilas edilməsi missiyasını yerinə yetirirmiş.

Meksikada polis helikopteri qəzaya uğrayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Mexikali şəhəri yaxınlığında qeydə alınıb.

Qəza zamanı helikopterdə iki heyət üzvü və iki xilaskar olub. Onların hamısı hadisə zamanı həlak olublar.

Polisin verdiyi məlumata görə, helikopter naqillərə toxunub. Nəticədə pilot idarəetməni itirib və helikopter yerə düşərək partlayıb.

Helikopter dağlarda itmiş qadının xilas edilməsi missiyasını yerinə yetirirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm