Pakistanda FTB agenti həbs olundu
Bizi izləyin

Dünya

Pakistanda FTB agenti həbs olundu

Dörd gün əvvəl Pakistanda həbs olunan Amerika vətəndaşının FTB agenti olduğu məlum olub.

Publika.az” xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Karaçi hava limanında yaxalanan amerika vətəndaşının Amerikanın Federal Tədqiqatlar Bürosunun (FTB) agenti olduğu ortaya çıxıb.

Karaçidən paytaxt İslamabada getmək üçün bilet alan Joel Cox adlı Amerika vətəndaşının baqajından 9 mm-lik tapança və 15 güllə çıxdığı üçün hava limanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Məsələ ilə əlaqədar açıqlama verən pakistanlı xüsusi-xidmət orqanın səlahiyyətlisi “Joel Cox Pakistana bir neçə ay əvvəl təyin edilmiş FTB agentidir” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm