• USD 1,7022 0,00% EUR 1,8492 +0,04%
    • GBP 2,1763 -0,13% RUB 0,0305 +0,33%

Tramp Çinə səfər etmək niyyətindədir

  • Dünya
  • 19 Mart 2017 12:18
  • 64 Baxış
Tramp Çinə səfər etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Çinə səfər etmək niyyətindədir.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşdə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

R.Tillerson deyib ki, D.Tramp Çin dövlət başçısı ilə münasibətləri yüksək qiymətləndirir və iki liderin tezliklə görüşünün təşkil edilməsini gözləyir. Dövlət katibi D. Trampın Çinə səfər etməyə hazır olduğunu qeyd edib. Öz növbəsində S. Tszinpin iki ölkə arasında anlaşma səviyyəsinin artdığını söyləyib: "Çin və ABŞ-ın birgə maraqları fərqli maraqlarla müqayisədə daha çoxdur. Əməkdaşlıq hər iki tərəfin yeganə seçimidir. Münasibətlərə uzunmüddətli və strateji nöqteyi-nəzərdən baxmaq, əməkdaşlığı genişləndirmək, qarşılıqlı faydaya əsaslanan strategiyanın reallaşdırmaq lazımdır. Regional problemlərlə bağlı birgə fəaliyyəti də gücləndirmək lazımdır. Xalqlarımız arasında dost münasibətləri təşviq etmək və gücləndirmək lazımdır".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR