Rusiya ərazisində peşəkar muzdlular yığılır – Təhlükəli ssenari
Bizi izləyin

Dünya

Rusiya ərazisində peşəkar muzdlular yığılır – Təhlükəli ssenari

Rusiya ərazisində peşəkar muzdlular yığılır – Təhlükəli ssenari

Son həftələr Rusiya ərazisində Ukraynanın şərqinə göndərilməsi üçün peşəkar muzdlular yığılır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

“İnformasiya müqaviməti" qrupunun koordinatoru Rusiya hakimiyyətinin hazırladığı muzdluların kifayət qədər peşəkar olduğunu bildirib. D.Tımçukun sözlərinə görə, Ukraynanın şərqində göndərilən muzdlular Rusiya Federasiyası xüsusi təyinatlı dəstəsinin hərbi qulluqçularını əvəz edir. O, bu prosesin son iki həftə ərzində baş verdiyini qeyd edib.

Hərbi ekspert yerli sakinlərdən olan muzdlulara gündəlik 100 dollar ödənildiyini və bu məbləğin onlar üçün tamamilə münasib olduğunu yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm