Rusiya atom müharibəsi elan edəcək, dünyada kataklizm baş verəcək - DƏHŞƏTLİ PROQNOZ
Bizi izləyin

Dünya

Rusiya atom müharibəsi elan edəcək, dünyada kataklizm baş verəcək - DƏHŞƏTLİ PROQNOZ

Krım yarımadasının Rusiyaya icarəyə verilməsi haqqında ideyanın müəllifi, Ali Radanın deputatı Andrey Artemenko atom müharibəsi barədə xəbərdarlıq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, deputat bu haqda feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın razılığı olmadan yarımadanın qaytarılması üzrə Ukraynanın cəhdləri atom müharibəsi və dünya kataklizmi ilə nəticələnə bilər. Parlament üzvü qeyd edir ki, Ukraynanın indiki rəhbərliyi ilə Moskva danışıqlar aparmayacaq. Ancaq, onun nöqteyi-nəzərindən, Kiyevdə hakimiyyət dəyişikliyi və “sağlam dövlət”in yaradılması halında Kreml Krım məsələsinin müzakirəsinə razılaşa bilər.

Artemenko bildirib ki, Rusiya ilə münaqişənin həlli Kiyevin NATO-ya daxil olmaq üçün apardığı siyasətdən imtinasından sonra mümkündür.

Xatırladaq ki, ukraynalı deputat ötən ay Krımın Rusiyaya 100 illik icarəyə verilməsi haqqında təkliflə çıxış edib. “The New York Times” nəşrinin yazdığına görə, onun hazırladığı plan ABŞ prezidenti Donald Tramp administrasiyasına təqdim olunub.

Ukrayna-Rusiya münasibətlərinin normallaşması əsas hədəf olan plan Rusiya qoşunlarının Ukraynanın şərqindən çıxarılmasını və ümumukrayna referendumunun keçirilməsini nəzərdə tutur. Referenduma Krımın 50 və ya 100 ildə Rusiyaya “icarə”yə verilməsi haqqında sual çıxarılacaq.

Bundan başqa, Artemenko Ukrayna prezidenti Pyotr Poroşenkonun korrupsiya fəaliyyətinin sübutlarını - şirkətlərin adları və bank köçürmələrinin təqdim edib. Onun fikrincə, bu sübutlar Poroşenkonun yerini dəyişdirməsinə kömək etməlidir.

Artemenko bildirib ki, onun planı Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının dəstəyini alıb.

“Çoxları məni Rusiya və CİA agenti adlandıracaqlar. Əgər biz danışmayacağıqsa, ölkələrimiz arasında yaxşı münasibətləri necə təmin edəcəyik”, - Artemenko bildirib.

Eyni zamanda, Ukraynanın ABŞ-dakı səfiri Valeriy Çalıy “The New York Times” nəşrinə açıqlamasında bildirib ki, Artemenko Ukrayna adından sülh nizamlanmasının heç bir alternativ planını təqdim etmək hüquqlarına malik deyil. O, Krım haqqında referendumun keçirilməsi məsələsinin irəli sürülməsini Ukrayna Konstitusiyasının kobud pozuntusu adlandırıb.

Plan ABŞ prezidentinin milli təhlükəsizlikləri məsələləri üzrə məsləhətçisi Maykl Flinnə verilmişdi. Amma o, cavab verməyib və fevralın 13-də istefaya gedib. Artemenko indi ümid edir, plana yeni məsləhətçi baxacaq.

“The New York Times” nəşri qeyd edir ki, Artemenko özünü gələcəkdə Ukraynanın “Trampa oxşar” lideri olaraq görür.

Deputatın sözlərinə görə, plan Ukraynanın rəsmən neytral dövlət olmasını nəzərdə tutur: nə NATO, nə Avropa İttifaqı, nə də Avrasiya İqtisadi İttifaqının üzvü olacaq. Nəticədə Ukrayna “Şərqi Avropanın İsveçrəsi”nə çevriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm