ABŞ vizası almaq istəyənlərə bəd xəbər
Bizi izləyin

Dünya

ABŞ vizası almaq istəyənlərə bəd xəbər

ABŞ bu ölkəyə gəlmək üçün viza alanlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.

ABŞ bu ölkəyə gəlmək üçün viza alanlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.

Publika.az xəbər verir ki, Nyu York Tayms qəzetinin yaydığı xəbərdə Vaşinqton rəhbərliyinin bununla bağlı yeni qərarlar hazırladığı vurğulanıb.

Belə ki, viza almaq istəyən şəxslərin son 15 ildə səhayət etdiyi ölkələr, işlədiyi şirkətlər, qeydiyyatda olduğu ünvanlar araşdırılacaq. Hətta son 5 ildəki elektron poçt ünvanları və sosial şəbəkədəki hesabları da nəzərdən keçiriləcək.

Prezident Donald Trampın bəzi müsəlman ölkələrinə viza qadağası ilə bağlı irəli sürdüyü qaydalar iki dəfə rədd edilsə də, o yeni viza qaydaları hazırlatdırıb. Ölkənin xarici işlər naziri Rex Tillerson keçən həftə ABŞ-ın bütün diplomatik nümayəndəliklərinə göndərdiyi sənəddə viza üçün müraciətlərə yüksək təhlükəsizlik araşdırması tətbiq etmələrini tapşırıb. ABŞ-a vizasız səfərə icazə verilən 38 ölkə istisna olmaqla, digər ölkələrdən edilən hər bir müraciət ətraflı araşdırılacaq.

Bu dəyişiklikdən sonra viza müsahibələri da çətinləşdirilir. Belə ki, görüşlər, əvvəlki illərə görə çox daha əhatəli olacaq.

Yeni qərardan sonra 6 ölkə - İran, Suriya, Liviya, Yəmən, Somali və Sudandan olan namizədləri daha çətin sınaq gözləyir.

Onların əvvəllər İŞİD-in nəzarət etdiyi bölgələrdə olub-olmadığı da araşdırılacaq. Bu dəyişiklik qəbul ediləndən sonra onsuz da uzun çəkən viza prosesi daha da uzanacaq.
Xarici işlər nazirinin diplomatik nümayəndəliklərə göndərdiyi təlimatda “təhlükəsizliklə bağlı narahatlıq duyduğunuz məqamlarda müraciəti rədd etməkdə tərəddüd etməyin”- deyə vurğulanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm