Canlı yayım aparan qızın faciəsi: özü öldü, 6 nəfər yaralandı - - VİDEO
Bizi izləyin

Dünya

Canlı yayım aparan qızın faciəsi: özü öldü, 6 nəfər yaralandı - - VİDEO

Avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb.

Yol nəqliyyat hadisəsi Tatarıstanın (Rusiya) Kazan şəhəri ətrafındakı yolda baş verib. Qız sükan arxasında sosial şəbəkələrdən birində videoyayım aparıb. Telefon avtomobil panelinə bərkidilib. Sürücü internet-istifadəçilərlə salamlaşıb, işlərin necə olduğunu soruşub və nə isə ifa edib. Bundan sonra zərbə, qışqırıq səsi eşidilir və yayım kəsilir.

Publika.az-ın "interaz"a istinadla verdiyi xəbərə görə, idarəetmə ilə bacarmayan qız böyük sürətlə qarşı zolaqla hərəkət edən avtobusa çırpılıb.

Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm