Amerikalılar cənnətə düşmək üçün qadın skeletinə sitayiş edirlər - - FOTOLAR
Bizi izləyin

Dünya

Amerikalılar cənnətə düşmək üçün qadın skeletinə sitayiş edirlər - - FOTOLAR

Mərkəzi Amerikada və ABŞ-ın cənubunda insanlar “Ölüm ilahəsi”nə sitayiş edirlər.

Mərkəzi Amerikada və ABŞ-ın cənubunda insanlar “Ölüm ilahəsi”nə sitayiş edirlər.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, “Müqəddəs ölüm”, “Ağ qadın”, “Gecələrin hakiməsi”, “Sümüklü xanım” və cürbəcür adlarla vəsf olunan bu ilahəni Meksika və ABŞ-ın hər güşəsində – mağazalarda, evlərdə, yanacaqdöldurulma məntəqələrində və hətta ictimai yerlərdə görmək mümkündür. Ağ qadın skeletindən ibarət bu ilahə uzun yağışlıq geyimində hazırlanır. “Ölüm ilahəsi”nə təkcə latın amerikalılar deyil, rəngindən asılı olmayaraq digər amerikalılar da sitayiş edirlər. Belə hesab edirlər ki, “Müqəddəs ölüm” ilahəsi onları vaxtsız ölümdən xilas edəcək, ta qoca yaşlarında rahat ölümlə “mükafat”landıracaq. Üstəlik öldükdən sonra cənnətə düşməyinə yardımçı olacaq. Vatikan bu kultu şeytani bir meyl hesab edir. Amma “Müqəddəs ölüm”ə inananlar eyni zamanda İsa Peyğəmbərə olan inanclarından da vaz keçmirlər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm