Dünya
“Əsgərlərinizi çəkin, hücum edəcəyik” – Ankaradan Moskvaya 4 TƏLƏB
Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən
açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin
Rehyanlı vilayətində əsgər Hüseyn Köroçun ölümündən sonra
Ankara-Moskva arasında münasibətlər gərginləşib.
Publika.az xəbər verir ki, türk əsgəri PKK-nın Suriya qolu olan PYD
tərəfindən şəhid edilib.
Bu hadisəyə görə, Rusiyanın Türkiyədəki hərbi ataşesi Xarici İşlər
Nazirliyinə çağırılıb.
Türkiyə Rusiyanın qarşısında 4 məsələ qaldırıb:
1. Anlaşmaya görə, Afrin bölgəsi Rusiyanın nəzarətindədir. PYD-nin
orada nə işi var? Snayperlə türk əsgərini necə şəhid edə
bilirlər?
2. Rus əsgərlərini Afrindən çıxardın. Türkiyə təhdid olacağı
təqdirdə, bölgəyə hücum edəcək. Rus əsgərləri hansı məqsədlə oraya
yerləşdirilib?
3. Bölgədə Türkiyəyə qarşı hansısa hücum olsa, daha sərt şəkildə
müdaxilə ediləcək. Bu məsələdə məsuliyyət Rusiyanın
üzərindədir.
4. Baş verənlərlə bağlı Türkiyə məlumatlandırılmalıdır.
Asif
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək