Rektor tələbənin telefon borcunu ödədi
Bizi izləyin

Dünya

Rektor tələbənin telefon borcunu ödədi

Sevgilisiylə danışa bilmirmiş.

Türkiyənin Ağdəniz Universitetinin tələbəsi Baran Əlbir rektorun Tvitter hesabına telefon borcunu ödəməsini istədiyini yazıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, rektor Mustafa Ünal həmin tələbəni otağına dəvət edib.

Görüşdə rektor əvvəlcə tələbənin bu müraciətinin yalan olduğunu düşündüyünü, həqiqəti öyrənəndən sonra 92 lirəlik mobil telefon borcunu ödəməyə qərar verdiyini deyib.

B.Əlibir kirayə yaşadığını ev, elektrik, suya olan borcunu ödəyə bilmədiyini və üstəlik telefon borcu olduğuna görə sevgilisi ilə danışa bilmədiyini deyib:

“Evdən göndərilən pulla digər ödənişləri etdim, ancaq telefon borcuma pul qalmadı. Mən də rektora müraciət etmək qərarı verdim. Düzü, cavab verəcəyini düşünməmişdim”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm