Diqqət 00:45-ə: İLK BÖYÜK İMTAHAN
Bizi izləyin

Dünya

Diqqət 00:45-ə: İLK BÖYÜK İMTAHAN

Kritik səsvermə Bakı vaxtı ilə gecə saat 00:45-də keçiriləcək.

ABŞ prezidenti Donald Trampın ilk böyük imtahanı hesab olunan səhiyyə islahatı haqqında qanun layihəsi bu gün Bakı vaxtı ilə gecə saat 00:45-də səsverməyə çıxarılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi qəbul olunacağı halda keçmiş prezident Barak Obamanın adı ilə “Obamacare”adlanan səhiyyə islahatı tarixə qovuşmuş olacaq.

Hazırda bütün ölkənin diqqəti “Amerika Səhiyyə Aktı” (AHCA) adlanan qanun layihəsinin Konqresin Nümayəndələr Palatasından keçib-keçməyəcəyinə yönəlib.

“New York Times” qəzetinin daha əvvəl yazdığına görə, ABŞ prezidenti respublikaçılardan səhiyyə islahatına səs verməyi tələb edib. Nəşrin məlumatlarına görə, prezident səhiyyə islahatını dəstəkləməyərək inadkarlıq edən respublikaçılara ultimatum verib. Tramp əks halda, respublikaçıları “Obamacare”ni qüvvədə saxlamaqla təhdid edib.

Respublikaçıların Konqresin hər iki palatasında malik olduğu əksəriyyət onlara “Obamacare”ni ləğv etməyə imkan verir.

Nümayəndələr Palatasının 237 üzvü respublikaçı, 193 üzvü isə demokratdır. Qanun layihəsinin keçməsi üçün ən azı 216 səs lazımdır. Demokratların hamısı qanun layihəsinin əleyhinə səs verməyi planlaşdırır. Respublikaçıların özləri arasında da fikir ayrılıqları qalır. Müxtəlif qiymətləndirmələrə görə, Nümayəndələr Palatasının 27-28 respublikaçı üzvü qanun layihəsinə qarşı çıxır. Onların mövqeyini dəyişdirməyəcəyi halda, qanun layihəsinin qəbulu mümkünsüz olacaq.

Qanun layihəsi qəbul olunacağı halda, 24 milyon amerikalı tibbi sığortanı itirəcək və ölkədə tibbi xərcləri yüksələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm