Kamikadze aeroportunda özünü partlatdı
Bizi izləyin

Dünya

Kamikadze aeroportunda özünü partlatdı

Hadisənin motivləri hələ müəyyən edilməyib.

Banqladeşin paytaxtı Dəkkənin beynəlxalq hava limanında terrorçu-kamikadze polis postuna hücum edərək özünü partladıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “İndia Today” telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə nəticəsində terrorçu ölüb. Zərərçəkənlər haqqında məlumat yoxdur.

Polisin sözlərinə görə, hadisənin motivləri hələ müəyyən edilməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm