Avropa qan gölünə çevriləcək, 4 ölkə... – TRAMPA XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Avropa qan gölünə çevriləcək, 4 ölkə... – TRAMPA XƏBƏRDARLIQ

Tramp Avropanın mürəkkəb tarixi ilə az tanışdır.

Avropa İttifaqı dağılacağı halda Balkan regionunda müharibə başlana bilər.

Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker “Financial Times” nəşrinə müsahibəsində danışdı.

Yunkerin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dəstəyi təəccüb və narahatlığa səbəb olur. Avropalı məmur hesab edir ki, ABŞ prezidenti postunu tutan biznesmen Avropanın mürəkkəb tarixi ilə az tanışdır.

O həmçinin bildirib ki, Brüsselə səfərinin gedişatında Avropa İttifaqının dağılmasının mümkün nəticələri haqqında ABŞ-ın vitse-prezidenti Mayk Pensi xəbərdar edib.

“Başqa ölkələri Avropa İttifaqından çıxmağa dəvət etmək lazım deyil. Çünki əgər Avropa İttifaqı dağılacaqsa, Balkanın qərb hissəsində yeni müharibə başlanacaq”, - Avropa Komissiyasının başçısı bildirib.

Onun fikrincə, region ölkələri Avropa İttifaqına üzvlük perspektivini nümayiş etdirməlidir. Jan-Klod Yunker hesab edir ki, əks təqdirdə Balkan dövlətləri - Bosniya və Herseqovina, Serbiya, Makedoniya və Albaniya arasında müharibə alışa bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm