Prezidentliyə namizəd hədiyyə aldığı kostyumları qaytardı
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd hədiyyə aldığı kostyumları qaytardı

Hədiyyə edilmiş kostyumlar cinayət işinə əlavə edilib.

Fransa prezidenti postuna namizəd, sabiq baş nazir Fransua Fiyon ona hədiyyə edilmiş kostyumları qaytarıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda RTL radiostansiyası bildirib.

Qeyd edək ki, sabiq baş nazirə ailə üzvlərinin saxta işə düzəldilməsi ilə əlaqədar ittihamlar təqdim edilib. Prokurorluq cinayət işinə Fiyona hədiyyə edilmiş kostyumları da əlavə edib.

Fransada prezident seçkilərinin iki turu 23 aprel və 7 may tarixlərində keçiriləcək. Prezidentliyə namizədlə bağlı məlum qalmaqaldan sonra Fiyonun reytinqi xeyli azalıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm