FETÖ-nün GİZLİ QƏRARGAHI - şifrəli liftlər, gizli tunellər
Bizi izləyin

Dünya

FETÖ-nün GİZLİ QƏRARGAHI - şifrəli liftlər, gizli tunellər

Fətullahçı Terror Təşkilatının (FETÖ) yeni zirehli qərargahı ortaya çıxıb.

Fətullahçı Terror Təşkilatının (FETÖ) yeni zirehli qərargahı ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-nün idarə heyəti kimi işləyən Jurnalistlər, Yazarlar Vəqfinin yerləşdiyi keçmiş binanın zirehli bir qala olduğu müəyyən edilib.

1.2 sm-lik silahlarla əhatə edilmiş binada gizli tunellər, şifrəli liftlər, dəhlizlər tapılıb. Buranın FETÖ-nün hərbi qərargahı olduğu müəyyənləşib.

Binadakı bütün divarların içi 1.2 sm qalınlığında metal zirehlə örtüldüyü və sanki hər hansı qarşıdurma anına qarşı qala kimi hazırlandığı təyin olunub. ABŞ-a qaçmadan əvvəl terrorist Fetullah Gülənin də qaldığı binanın, çöldən Skorski döyüş helikompterinin hücumundan belə təsirlənməyəcək şəkildə qorunduğu müəyyənləşib.

15 iyul hadisələrindən sonrsa FETÖ-nün digər binalarında olduğu kimi bu qərargahı da boşaldılıb.
Binada aparılan araşdırma nəticəsində yalnız bir otaq və ya bir mərtəbənin deyil, binanın bütün divarlarının içinə, 1.2 santimetr qalındığında polad zireh yerləşdirildiyi müəyyən edilib.

F.Gülənin qaldığı otaqdan "təcili qaçış" üçün xüsusi otaqlara açılan dəhlizdə qaçış nöqtələri, şifrə ilə işləyən lift və tunellər də tapılıb.
Binada araşdırma aparan məsul şəxslərdən biri onun sanki zirehli döyüş texnikasından daha möhkəm müdafiə ilə təmin edildiyini deyib:

“Hər halda bu, 15 iyul hadisəsinin çox əvvəldən planlaşdırılmasından xəbər verir. Bura sanki bir qərargah kimi hazırlanıb”-deyə həmin şəxs bildirib.

Terrorist F.Gülənin ABŞ-a qaçmazdan əvvəl iqamətgah olaraq istifadə etdiyi binanın müdafiəsinin ABŞ Müdafiə Nazirliyinin binasının müdafiəsinə uyğun hazırlandığı müəyyən edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm