Dünya
II Dünya müharibəsindən sonra ABŞ və Rusiya ilk dəfə bu addımı atdı - Türkiyəyə qarşı XAİN PLAN
PKK-nın Suriya qolu olan PYD üzərində hakimiyyəti ələ
almaq üçün ABŞ və Rusiya mübarizəyə başlayıb.
Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti
PYD-nin Bəşər Əsədə və Rusiyaya yaxınlaşdığını yazır.
Qəzetin məlumatına görə, Suriyada Əl-Babdan sonra Münbiçə doğru
irəliləmək istəyən türk əsgərlərinin qarşısını rus əsgərləri
kəsib.
“PYD Münbiçi Əsədə təhvil verəcəyini açıqlamışdı. Lakin göründüyü
kimi, bu açıqlama da oyundur. Hazırda Münbiçdə Öcalanın bəzi
fotoları aşağı endirilib. Münbiçdəki mənzərə Türkiyəyə qarşı
bölgədə yeni ittifaqın formalaşdığını göstərir. ABŞ, Rusiya, Əsəd
ordusu, İran milisləri – hamısı PYD ilə ittifaqa girib. ABŞ və
Rusiya əsgərləri də II Dünya müharibəsindən indiyə qədər ilk dəfə
eyni səfdə yer alıb”, - deyə qəzet yazır.
Qəzet bölgədəki mənbələrə istinadən qeyd edir ki, PYD-nin Münbiçin
qapılarını Rusiyanın üzünə açmasından sonra ABŞ-la münasibətləri
pozulub: “Buna baxmayaraq, yenə də Pentaqon Suriyada “sahədəki ən
güclü müttəfiq” hesab etdiyi PYD-dən vaz keçmək istəmir. ABŞ ordusu
son olaraq fransızlara aid bir fabrikin olduğu Silo bölgəsinin
cənubu ilə Karakozakın şərqindəki əraziyə havadan silah-sursat
atıb. Rakka əməliyyatından öncə ABŞ, Fransa və Almaniya əsgərləri
Ayn əl-Arabın 35 kilometr cənubundakı bazada hazırlıqlar həyata
keçirir. Rusiya isə Münbiçlə yanaşı, PYD-nin nəzarətindəki Afrin
bölgəsində yerləşib. Rusiy Afrinə “atəşkəsi izləmək” adı altında
daxil olub”.
Qəzet əlavə edir ki, Aralıq dənizinə gedən yolda Fərat çayını
nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətə malik Münbiç
ABŞ-a “terror dəhlizi planı” (Suriyanın şimalında yaradılması
planlaşdırılan “kürd dəhlizi”-red) üçün, Rusiyaya isə “masada güclü
olmaq” üçün lazımdır.
“Bununla yanaşı, Suriyadakı bütün güclər PKK-nın qolu olan
PYD-dənTürkiyəni sıxışdırmaq üçün istifadə edir. ABŞ və Rusiya ilə
yanaşı, İran milisləri də Münbiçdə PYD-yə dəstək verir. Məlumatlara
görə, Tehran PYD üzvlərinin hər birinə 7 min dollar maaş, döyüşdə
ölənlər üçün isə 20 min dollar təzminat verir”, - deyə məqalədə
vurğulanır.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama