Əsəblər tarıma çəkildi: Trampla kralın toqquşması başlayır
Bizi izləyin

Dünya

Əsəblər tarıma çəkildi: Trampla kralın toqquşması başlayır

ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlər gərginləşib.

ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlər gərginləşib.

Publika.az
xəbər verir ki, çox yaxın müttəfiq hesab olunan bu iki ölkə arasında yaranan gərginliyə səbəb 11 sentyabr qurbanlarının ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsidir.

Keçmiş prezident Barak Obama veto qoysa da, Konqres ötən il Səudiyyə Ərəbistanının və əcnəbi şəxslərin 11 sentyabr hadisəsinə görə ittiham olunmasına imkan yaradan qanunu qəbul etdi.

Qurbanların ailələri və sığorta şirkətləri bu günlərdə Səudiyyə Ərəbistanından Nyu-York məhkəməsinə şikayət ediblər. Bu həftə ərzində 800 ailə şikayətçi olub və bu sayın artacağı gözlənilir. ABŞ-da sığorta şirkətləri isə bu gün Səudiyyə Ərəbistanına, eləcə də “Əl-Qaidə”yə pul verməkdə şübhəli bilinən bir sıra Səudiyyə vəqflərinə qarşı Federal Məhkəmədə iş qaldırıblar.

Səudiyyə Ərəbistan bütün bu iddiaları rədd edir. Lakin ekpertlər baş verənlərin ABŞ-ın maliyyə bazarına və Nyu-York birjasına zərər verəcəyini hesab edirlər. Həmçinin, iki ölkə arasındakı münasibətlərin pisləşə biləcəyi gözləniləndir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm