Dünya
Avropanın mərkəzində DƏHŞƏTLİ ÇAĞIRIŞ: “Ərdoğanı öldürün!” - - FOTO
İsveçrənin paytaxtı Berndə PKK tərəfdarları tərəfindən təşkil edilən “Xeyr” (Türkiyədə Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə qarşı çıxanlar –red.) mitinqində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hədəf göstərilib.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, mitinqdə üzərində Ərdoğanın fotosu olan və “Kill Erdogan” (“Ərdoğanı öldürün!”) yazılan plakat qaldırılıb.
Fotoda yer alan tapança ilə isə Ərdoğanın başı nişan alınıb.
Federal parlament binasının qarşısında yerləşən Parlament Meydanında keçirilən mitinqə PKK ilə yanaşı, DHKP-C və YPG terror təşkilatları da qatılıb. Təxminən 250 nəfərin qatıldığı mitinqə İsveçrə Yaşıllar Partiyası dəstək verib.
Qeyd edək ki, İsveçrə ABŞ və Avropa İttifaqından fərqli olaraq PKK-nı terror təşkilatları siyahısına daxil etməyib.
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu mitinqin keçirilməsinə icazə verən İsveçrəyə sərt etirazını bildirib. İsveçrənin Ankaradakı səfirliyi isə Xarici İşlər Nazirliyi çağırılıb.
HadisəyəTürkiyə prezidentinin özü də reaksiya verib.
“Axı bu necə məntiq, necə anlayışdır? Terrorun ölkə ayrı-seçkiliyi etmədən dünyanın dörd bir tərəfində yol açdığı faciələri özümüz də görürük. Müsəlmanları təcrid etməyə hesablanan münasibətin sonu fəlakətdir. İrqçiliklə demokratiya bir-birinə uyğun gəlməz”, - Ərdoğan bildirib.
Ömər
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA