Banqladeşdə partlayışlar: 6 ölü, 40-dan çox yaralı - -FOTO\VİDEO
Bizi izləyin

Dünya

Banqladeşdə partlayışlar: 6 ölü, 40-dan çox yaralı - -FOTO\VİDEO

Hücumun gedişatında binanın 78 sakini təxliyyə edilib.

Banqladeşdə iki partlayış nəticəsində ən azı altı insan, həmçinin iki polis ölüb.

Publika.az xəbər verir ki, bu haqda yerli polisə istinadən “Reuters” agentliyi bildirib.

Partlayışlar nəticəsində 40-dan çox insan yaralanıb. Onların arasında on hərbi qulluqçu və polis əməkdaşı var.

Partlayışlar ölkənin şimali-şərqində yerləşən Silxet rayonunda İŞİD terror təşkilatına sədaqət andı içən yerli qruplaşmanın gizli mənzilinə hücumu zamanı baş verib. Qruplaşma 2016-cı ilin iyulunda kafeyə hücuma görə məsuliyyət daşıyır. Hücumda 22 nəfər, həmçinin əcnəbilər həlak olmuşdu.

Terrorçular beşmərtəbəli binada gizlənirdilər. Hücumun gedişatında binanın 78 sakini təxliyyə edilib.

Xüsusi əməliyyatdan bir gün əvvəl isə kamikadze özünü ölkənin əsas aeroportunun yaxınlığında partladıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm