Yük qatarları toqquşdu: ölənlər var
Bizi izləyin

Dünya

Yük qatarları toqquşdu: ölənlər var

Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur.

Başqırdıstanda iki yük qatarının toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bu barədə respublikanın təcili xidmətlərindəki mənbələrə istinadən "RİA Novosti" xəbər verib.

"İki qatar toqquşub. Onlardan biri filizlə dolu, digəri boş olub" – deyə mənbə bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsinin rəsmi məlumatına görə, hadisə Uçalinsk filizsaflaşdırma kombinatının ərazisində, Uçala şəhərində, yerli vaxtla saat 15:05 radələrində baş verib

"Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur. Hadisə yerində 27 nəfər və üç ədəd texnika işləyir", - deyə Başqırdıstan FHN-in mətbuat katibi Yelena Mavlyutova bildirib.

İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm