“Xanım, pul haradadır?” - Merkelə 375 milyard dollarlıq hesab verildi
Bizi izləyin

Dünya

“Xanım, pul haradadır?” - Merkelə 375 milyard dollarlıq hesab verildi

"Merkel artıq seçkiqabağı oyun aparır".

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə Ağ Evdə bu yaxınlarda görüşü zamanı kanslerə 375 milyard dollar məbləğində hesab təqdim edib.

Publika.az xəbər verir ki, bu haqda adı açıqlanmayan alman naziri Britaniyanın “The Sunday Times” qəzetinə bildirib.

Merkel və Tramp arasında martın 17-də baş tutan birinci görüş açıq-aydın ağır keçdi. Bu, ABŞ və Almaniya liderlərinin görüşləri tarixində ən soyuq qəbul idi. Onların arasında heç bir simpatiya yox idi.

Almaniyalı nazirin bəyanatında da aydın olur ki, görüşün ağır keçməsinin səbəbi Almaniyanın NATO-ya 375 milyard dollar borcu barədə hesabın təqdim edilməsidir: Yəni, Amerika hakimiyyətinin hesablamalarına görə, Berlin təhlükəsizliyin təmin olunması üçün ittifaqa bu qədər ödəməyə məcburdur.

"Bu cür tələblərin niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və təxribatlara cavab verməyə hazırlaşmır”, - alman naziri qeyd edib.

Xatırladaq ki, Tramp hələ seçkiqabağı kampaniyasının gedişatında NATO-nun əksər üzvlərini ümumi daxili məhsulunun 2 faizini müdafiəyə xərcləmədiyinə görə tənqid edirdi. O, söz vermişdi ki, “köhnəlmiş təşkilat”da bu yanaşmanı təkrar gözdən keçirəcək.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen ABŞ və Almaniya liderlərinin görüşündən dərhal sonra bildirdi ki, Berlinin NATO-ya heç bir borcu yoxdur.

Rusiya Hərbi Elmlər Akademiyasının professoru, amerikaşünas Sergey Sudakovun fikrincə, belə iddiaları demək olar ki, hamıya təqdim etmək olar:

“ABŞ əvvəlki prezidentlər dövründə də Almaniyanın ödənişlərinin az olduğunu deyirdi. Amma Donald Tramp o pulu cəmlədi. Almaniya ölkənin şərqini yedirmək ehtiyacını göstərərək birləşmə anından NATO-ya az ödəyir. Ölkənin NATO-ya ödədiyi vəsait ümumi daxili məhsulun 0,3-0,4 faizidir. NATO-nun cəmi 5 üzv ölkəsi ümumi daxili məhsulun 2 faizini ödəyirlər. Bütün qalan xərclər ABŞ-ın üzərinə düşür. Tramp eyni hesabı qalan ölkələrə də təqdim edə bilər. Amma Almaniya Avropanın lokomotividir. Merkel artıq seçkiqabağı oyun aparır. Guya 2024-cü ildə bu məsələyə qayıdacaq. Həmin vaxtda isə Tramp artıq prezident olmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm