Prezidentin kürəkəni yeni quruma rəhbər təyin edildi
Bizi izləyin

Dünya

Prezidentin kürəkəni yeni quruma rəhbər təyin edildi

“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”.

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ Ev nəzdində yaradılan İnnovasiya idarəsinə rəhbər təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”, deyə Ş.Spayser bildirib.

Onun sözlərinə görə, C.Kuşner həmçinin nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm