Dünya
Ən güclünü zəiflətmək üçün... – Türkiyəyə qarşı QORXUNC PLAN
“Artıq Qərb iki dünya müharibəsindən sonrakı qədər güclü deyil. Yeni mərkəzlər, yeni güclər ortaya çıxıb. Güc xəritəsinin yenidən çəkilməsi indi daha təhlükəlidir”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrində İbrahim Karagül yazıb.
Onun sözlərinə görə, Atlantik oxu bir daha Yer kürəsinin gələcəyini təkbaşına müəyyən edə bilməyəcək.
“Bu isə onlara qorxunc bir qisas və təcavüzkarlıq gətirəcək. Təhlükə budur. Yalnız Türkiyə deyil, Atlantikdən Sakit okeanın sahillərinə qədər uzanan bütün müsəlman coğrafiyası, Atlantik okeanından kənarda yerləşən Rusiya, Çin, Latın Amerika, Mərkəzi Afrika, Cənubi və Cənubi-Şərqi Asiya bu yeni qisas və təcavüzkarlıqla üzləşmək məcburiyyətində qala bilər”, - yazar qeyd edib.
Qərbin Türkiyəyə qarşı hücumlarına toxunan İ.Karagül bildirir ki, Türkiyə ayaqda qaldığı müddətdə bu coğrafiyanı rahat şəkildə zəbt edə bilməyəcəklərini anlayırlar:
“Parçalayıb, bölüşdürə bilməyəcəklər. Türkiyə daha da gücləndikcə, ətrafını gücləndirdikcə əlləri zəifləyəcək ətraf coğrafiyada rahat şəkildə atlarını çapa bilməyəcəklər. Buna görə Türkiyəyə birlikdə hücuma başladılar. Səlib müharibələrində olduğu kimi Anadolunun, Çanaqqalada olduğu kimi bu ölkənin müqavimət göstərəcəyini bilirlər. Ən güclünü zəiflətmək üçün bütün cəbhələrdən vururlar”.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA