Pakistanda qatar tankerə çırpıldı - Ölənlər var
Bizi izləyin

Dünya

Pakistanda qatar tankerə çırpıldı - Ölənlər var

Dəmir yolu infrastrukturunun bərbad halda olması tez-tez bu kimi qəzalara səbəb olub.

Pakistanda sərnişin qatarı yanacaq daşıyan tankerə çırpılıb. Pəncab əyalitinin şərqində baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Pakistannın Dəmir Yollarının baş direktoru Səid Rafiq hadisə barədə açıqlama verib:

"Hərəkətdə olan qatar yanacaq daşıyan tankerə çırpılıb. Maşinist və köməkçisi hadisə yerində həyatını itirib, daha 10 nəfər yaralanıb".

Pakistanda dəmir yolu infrastrukturunun bərbad halda olması tez-tez bu kimi qəzalara səbəb olub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm