İtkin düşən indoneziyalını pitonun qarnından tapdılar - DƏHŞƏTLİ KADRLAR - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

İtkin düşən indoneziyalını pitonun qarnından tapdılar - DƏHŞƏTLİ KADRLAR - - FOTO/VİDEO

Piton əvvəlcə oğlanı boğub, daha sonra udub.

İtkin düşən İndoneziya sakinini həmkəndliləri 7 metr uzunluğundakı pitonun içindən tapıblar.

Trend-in məlumatına görə, 25 yaşlı Akbar Salubiro palma yağı toplamaq üçün evdən çıxsa da, qayıtmayıb.

Salubironun evinin həyətində böyük bir piton görən kəndlilər onu öldürmək qərarına gəliblər. İlanın qarnını yaran sakinlər itkin düşmüş oğlanı tapıblar. Ehtimal ki, piton əvvəlcə oğlanı boğub, daha sonra udub.

Kəndlilər bir gün əvvəl Salubironun evinin yaxınlığında çığırtı eşitdiklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm