BMT-nin iki əməkdaşı qətlə yetirildi
Bizi izləyin

Dünya

BMT-nin iki əməkdaşı qətlə yetirildi

Onlar ABŞ və İsveç vətəndaşlarıdır.

Konqo Demokratik Respublikasında qətlə yetirilmiş üç insanın cəsədi tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, onlardan ikisinin BMT əməkdaşları olduğu müəyyənləşdirilib.

"İndi dəqiq söyləmək olar: - biz BMT-nin iki tədqiqatçısının cəsədini aşkar etmişik. Onlarla birlikdə qəbirdəki üçüncü cəsədin konqolu tərcüməçiyə məxsus olduğunu aydınlaşdırdıq" – deyə hökumətdən bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl - martın ortalarında Konqoda BMT əməkdaşlarının öldürüldüyü xəbər verilmişdi. Onlar ABŞ və İsveç vətəndaşlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm