Tramp Hindistanın baş nazirini ABŞ-a dəvət etdi
Bizi izləyin

Dünya

Tramp Hindistanın baş nazirini ABŞ-a dəvət etdi

Ağ Ev rəhbəri Hindistan hökumətinin rəhbərini seçkilər münasibətilə təbrik edib.

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendro Modi ilə telefon danışığında onu Vaşinqtona dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Ağ Ev rəhbəri Hindistan hökumətinin rəhbərini seçkilər münasibətilə təbrik edib. ABŞ lideri baş nazirin iqtisadi islahatlarını dəstəklədiyini deyərək Hindistan xalqına dərin ehtiramını ifadə edib.

"Prezident Tramp həmçinin bildirib ki, Vaşinqtonda baş nazir Modini qəbul etmək niyyətindədir", - deyə Ağ Evdə əlavə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm