Bu ölkədə müsəlmanlara qarşı hücumlar 65 faiz artıb
Bizi izləyin

Dünya

Bu ölkədə müsəlmanlara qarşı hücumlar 65 faiz artıb

Müsəlman əhaliyə edilən hücumların 98 faizində qadınlar hədəfə alınıb.

Avstraliyada müsəlman əhaliyə qarşı dini zəmində edilən hücumların sayı 2015-ci illə müqayisədə 65 faiz artıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Müsəlmanlar üçün Hüquqi Yardım və Məsləhətçilik Mərkəzi hesabat yayıb.

“Müsəlman əhaliyə qarşı dini-irqi ayrı-seçkilik-2016” adlı hesabatda deyilir ki, 2015-ci ildə Avstraliyada müsəlman əhaliyə qarşı dini zəmində törədilən 156 hücum faktı qeydə alınıb: “Bu rəqəm 2016-cı ildə 253-ə yüksəlib ki, bu da 2015-ci illə müqayisədə 65 faiz artım deməkdir. Müsəlman əhaliyə edilən hücumların 98 faizində qadınlar hədəfə alınıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm