ABŞ ordusu bir gündə 200 dinc müsəlmanı öldürdü – DƏHŞƏTLİ FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ ordusu bir gündə 200 dinc müsəlmanı öldürdü – DƏHŞƏTLİ FOTOLAR

Beynəlxalq Əfv Təşkilatı ABŞ-ı İraqda dinc insanlara qarşı qətliamlara son qoymağa çağırıb.

ABŞ-ın hərbi hava qüvvələri martın 24-də Mosulda həyata keçirdiyi hərbi hava əməliyyatları zamanı dinc insanlara qarşı fosfor bombasından istifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatı bəyanat yayıb.

Bəyanatda deyilir ki, ABŞ hərbi təyyarələri Mosulun Cəlilə məhəlləsində dinc insanların yaşadıqları binaların və məscidlərin üzərində fosfor bombası atıb:

“Bombardman nəticəsində bir gün ərzində 200-dən çox dinc insan həlak olub. ABŞ ordusu İraqda İŞİD terrorçuları əvəzinə dinc insanları öldürür. Bütün bunlar onu göstərir ki, ABŞ dövləti dəhşətli müharibə cinayətləri törədir”.

Beynəlxalq Əfv Təşkilatı ABŞ-ı İraqda dinc insanlara qarşı qətliamlara son qoymağa çağırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm