ABŞ-ın yeni dövlət katibi Ərdoğanla görüşə gedir
Bizi izləyin

Dünya

ABŞ-ın yeni dövlət katibi Ərdoğanla görüşə gedir

Görüşdə İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı ABŞ və Türkiyə arasında razılaşmanın əldə olunacağı gözlənilir.

ABŞ-ın yeni dövlət katibi Reks Tillerson bu gün Türkiyəyə bir günlük səfər edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Reks Tillerson Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı əsasən Suriya məsələsi müzakirə olunacaq.

Eyni zamanda, Türkiyədə aprelin 16-da keçiriləcək referendum, Türkiyə-Avropa Birliyi və Türkiyə-Rusiya münasibətləri, regional problemlər və digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Ərdoğanla Tillerson arasında keçiriləcək görüş zamanı İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı ABŞ və Türkiyə arasında razılaşmanın əldə olunacağı gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm