Liderlərin imza atdığı məxfi sənədlər ƏLƏ KEÇDİ: öldürücü plan İŞƏ DÜŞÜR - FOTOLAR
Bizi izləyin

Dünya

Liderlərin imza atdığı məxfi sənədlər ƏLƏ KEÇDİ: öldürücü plan İŞƏ DÜŞÜR - FOTOLAR

Liderlərin imza atdığı məxfi sənəd

Martın 25-də Avropa İttifaqı 60 illiyini qeyd etdi. 60 il, bu bütöv bir nəsil deməkdir. Amma ittifaqın “doğum günü” bayram əhval-ruhiyyəsi ilə yadda qalmadı. Əksinə Böyük Britaniya “Brexit”in formal prosedurunu sürətləndirməklə ittifaqın “doğum günü”nə ən böyük “hədiyyə”ni etdi.

Publika.az
xəbər verir ki, 60 il öncə - 1957-ci ilin 25 martında Belçika, İtaliya, Lüksenburq, Niderland, Almaniya və Fransa liderləri Avropa cəmiyyətləri haqqında Roma müqaviləsi adlandırılan təmiz ağ kağıza imza atdılar.

Süpürgəçi məxfi sənədi küçəyə atdı



Kağızda sadəcə imzalar var idi, müqavilənin mətni isə hələ hazırlanmamışdı. Belə məlumatlar var ki, ittifaqın yaranması ilə bağlı İtaliyanın Kapitoli təpəsindəki sarayda keçirilən təntənəli mərasimdən bir gün əvvəl sarayın süpürgəçisi liderlərin imza atdığı ağ kağızı səhvən zibilliyə atmışdı. Hansı ki, mətn kağıza yazılmasa da, ictimaiyyətə açıqlanmadığı üçün bu ağ kağız olduqca məxfi sənəd hesab olunurdu. Lakin bu hadisə itttifaqın yaranmasına mane olmadı. İttifaq əməkddaşlığı, inteqrasiyanı əsas prioritet elan etdi. Burada rəqabət olmamalı idi. Lakin ilk vaxtdan ümumi institut və qanunların yaradılmasında iştirakçıların qeyri-müəyyən niyyətləri maneələr yaradırdı.

Qırılma nöqtəsi



Avropa İttifaqında qırılma nöqtəsi 2005-ci ildə başlandı. Elitarlıq Avropanın inteqrasiya prinsipləri ilə qəddar zarafat etdi. “Fövqəlmilli” elitalar arasında parçalanma, həmçinin, bürokratiya və sadə vətəndaşların qarşılaşdığı çətinliklər vəziyyəti kritik həddə doğru sürüklədi. Və ittifaq daxilində mübarizə başlandı. Əsas qırılma nöqtəsi inteqrasiyanın tərəfdarları və əleyhdarları arasında oldu. Yəni, inteqrasiyadan kimlər qazanır və buna görə kimlər əvəz ödəyir?! Sadə dillə desək, ittifaq daxilindəki ölkələrin bir qisminin iqtisadiyyatı inkişaf edir – Almaniya kimi, bir qismi isə iqtisadi çətinliklərlə üzləşir – Yunanıstan kimi.

Xilas üçün veriləcək qurban



Bir çox ekspert hesab edir ki, Almaniya kansleri Angela Merkelin bu il postundan getməsi Avropa İttifaqının qurtuluşu ola bilər. Belə demək mümkünsə, Merkel xilas üçün qurban verilməlidir. Onun əsas siyasi rəqibi isə şübhəsiz ki, Martin Şultsdur. Şults Avropa inteqrasiyasının azarkeşidir. O, son 20 il ərzində Brüssel və Strasburqda yaşayaraq, fəaliyyət göstərib. Əgər o, seçkidə kansler seçilərsə, öz təcrübəsindən istifadə edərək, Almaniya ilə Avropa İttifaqının digər üzvlərinin münasibətlərində buraxılmış səhvləri düzəldə bilər.

Şultsun anti-Rusiya münasibəti Avropa İttifaqının xarici siyasətində vahid mövqenin yaranması ilə nəticələnə bilər. Britaniyanın ittifaqda olmaması Almaniyanın liderliyini daha da gücləndirəcək. Lakin müşahidəçilər hesab edir ki, Angela Merkel ölkədə böyük nüfuza malikdir və onu məğlub etmək heç də asan deyil.

Bumeranq effekti, yaxud “qaş düzəltmək istəyərkən...”

İttifaqın xilası üçün hələ ki yeganə təklif “Avropa müxtəlif sürətlər” strategiyasıdır. Bu strategiyaya görə, dövlətlər özləri üçün əhəmiyyətli sahələrdə ittifaqın digər ölkələrinin rəyi olmadan hərəkət edə biləcəklər. Bu təklifi martın əvvəllərində Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker açıqladı. İttifaqın dörd böyük üzvü – Almaniya, İspaniya, İtaliya və Fransa martın 5-də Paris görüşündə “müxtəlif sürətlər” ideyasını dəstəklədi.

Lakin İttifaqın bütün üzv dövlətləri bu plana ürəklə yanaşmır. Xüsusilə bir məsələ sual yaradır: avrozonada bütün dövlətlərin iştirakı olmadan iqtisadi sahədə necə hərəkət etmək mümkün olacaq? Çoxları hesab edir ki, “müxtəlif sürətlər” planı Avropa İttifaqının dağılma mexanizminə çevriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm