Dünya
Polşa konsulluğuna hücumda RUSİYA İZİ
Polşanın Ukraynanın Lutsk şəhərindəki Baş konsulluğuna hücum terror aktıdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın Lutskdakı konsulu Kşiştof Savitskiy bildirib.
“Bu əsl terror aktı idi. İnsanları öldürmək istəyirdilər"” - diplomat yerli “Volın 24” nəşrinə deyib.
Hücum ötən gecə yerli vaxtla 00:30-da reallaşıb. Konsulluğun binası gülləbaran edilməklə bərabər, qumbaraatandan da atəşə məruz qalıb. Hələlik hücumun kim tərəfindən həyata keçirildiyi bilinmir.
Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi də bildirib ki, hadisənin terror aktı olması istisna edilmir.
Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak “112. Ukrayna” telekanalına açıqlamasında deyb ki, terror aktının olması ehtimal edilir. O bildirib ki, cinayətin bilavasitə icraçıları tapılacaq.
Nazir məsləhətçisi hücumda Rusiya izinə diqqət çəkib.
“Məndə heç bir şübhə yoxdur ki, bu, Rusiya xüsusi xidmət orqanlarının növbəti çirkli təxribatıdır. Məqsəd Polşa və Ukrayna arasında münasibətləri pozmaqdır”, - Zoryan Şkiryak söyləyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti də bildirdi ki, xüsusi xidmət orqanı terror aktını versiyasına baxır. Qurumdan bildirilir ki, Ukraynada vaxtaşırı Polşaya qarşı həyata keçirilən təxribatlar yalnız bir tərəf - Rusiya üçün əlverişlidir.
Ömər Dağlı
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama